Logo

TuranBank ASC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı

TuranBank ASC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda fəaliyyət göstərən ilk kommersiya banklarından olan TuranBank

ASC sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalaraq koronavirus

(COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən

preventiv tədbirlərə qoşulmuşdur. Bu məqsədlə, TuranBank Ölkə Başçısı cənab

İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla

Mübarizəyə Dəstək Fonduna 100 000 (Bir yüz min) AZN məbləğində vəsait

köçürmüşdür.

Qlobal pandemiyaya çevrilmiş təhlükəli xəstəliklə mübarizə üçün sosial

həmrəyliyin nümayiş etdirilməsini zəruri hesab edən Bankımız bütün vətəndaşları

dövlətimizin koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi qabaqlayıcı

tədbirlərə dəstək olmağa çağırır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR