Logo

Bu stil mənim"in qızlarından şok sözlər - "İştirakçılar gecə həyatı keçirir"

Bu stil mənim"in qızlarından şok sözlər - "İştirakçılar gecə həyatı keçirir"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bir neçə gündür ATV-də yayımlanan “Bu stil mənim” dəb müsabiqəsi 

ətrafında qalmaqallar səngimək bilmir. Proqramın son buraxılışında 

münsif Günay Musayevanın iştirakçı Günel Məmmədovaya böhtan 

atması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 
Moderator.az-ın "qafqazinfo"ya istinadən məlumatına görə, müsabiqənin 

eks-iştirakçıları təşkilatçı şirkətin rəhbərləri ilə bağlı sensasion ittihamlar irəli sürüblər. 
“Özünün lüt şəkillərini orda-burda paylaşır. Gəlib bizə deyir ki, bu nə geyimdir?” 

Ötən həftənin qəhrəmanı sayılan Günel Məmmədova layihəni ərsəyə gətirən 

“Renk Media”nın rəhbəri Həmid Tuncerin köməkçisi Ümid bəyin ona başqa təkliflər etdiyini bildirib: 
“Ümid bəy mənə mesaj yazıb ki, “Sən qısa geyinəndə çox xoşum gəlir. 

Özümü sənə baxanda saxlaya bilmirəm”. Deyir ki, çox “seksi” görünürsən. 

Mən də ona xəbərdarlıq etdim, belə şeylər yazmasından narahat olduğumu

dedim. Ona bildirdim ki, sevgilim var. Mənə pis sözlər yazdı. O, bir neçə qıza

da belə yazıb. Biz verilişə gəlmişik, bunlar da başqa təkilflər edirlər. 

Sponsorlardan birinin rəhbəri mənə dedi ki, səmimi qızsan, verilişdə 

olmağını istəmirəm. Bildirdi ki, qalibə pul filan verməyəcəklər. Mebel hədiyyə edəcəklər”. 
Bu stil mənim"in qızlarından şok sözlər - "İştirakçılar gecə həyatı keçirir"

Günel verilişdəki davalarda ATV əməkdaşının yaralandığını da qeyd edib: 
“Mən yarışmadan imtina etmişəm. Verilişdə çox haqsızlıqlar olur. Deyirlər ki, 

40 faiz geyimdirsə, 60 faiz danışıqdır. Gərək, həyasızlıq edəsən. Məndə də elə 

xüsusiyyət var ki, hamıya cavab qaytarmalıyam. Yoxsa özümü narahat hiss 

edirəm. 12 qızı üstümə salırdılar. Davalar çox olurdu. Qız mənə fincan atdı, 

o da gedib ATV-nin işçisi Nicatın ayağına dəydi. Nicatın ayağı parçalandı”. 
“Dedilər ki, burda olanları heç yerdə danışmayın, hamınızı efirdə biabır edərik” 

Günayla davasından danışan iştirakçı xanım münsiflə bağlı təəssüratlarını da bölüşüb: 

“Günay Musayeva saf və təmiz olduğumu deyirdi. Məni çox bəyənirdi.

Ağladığım gün üstümə çox gəldi. Mənə deyir ki, həddini aşırsan. Arxada 

demisən ki, pis də geyinsəm mənə yüksək bal verəcəklər. Münsiflər məni sevir. 

Günay mənə böhtan atdı, elə bir söhbət olmamışdı. Allaha and içdim, inanmadı.

Özünün lüt şəkillərini orda-burda paylaşır. Gəlib bizə deyir ki, bu nə geyimdir? Özü nə geyinmişdi? Ağ geyinib, elə bil onu kəfənə büküblər”. 
Daha sonra Günel verilişin aparıcısı Günay Baxşəliyevanı qalmaqal 

yaratmaqda ittiham etdi: 
“Atam şirkətdə işləyir. Mənə dedilər ki, atan bizim sponsorumuz olsun, 

səni qabağa çəkək. Bunların hamısı yayım vaxtı oldu. Ancaq efirdə həmin 

hissələri kəsdilər. Çəkiliş zamanı deyirlər dalaşmağa başlayın. 

Aparıcı Günay dedi ki, sizin xoş sözləriniz bizə lazım deyil. Bir-birinizi

tərifləməyə başlamayın, burada qalmaqal yaradın. Mənə maraqlıdır ki, 

Türkiyəyə valideynlərin gəlməyinə niyə icazə vermirlər. Bir gün valideynsiz 

getdim, onda da məni ağlatdılar. Qızlar bir-birinə şər atdılar, dava yarandı. 

Bu arada qızın biri məni boğmağa başladı. Olmadığım söhbətlərə məni 

qatırdılar, hamını düşmən edirdilər. Deyirlər ki, hər şeyi valideynlərizə deməyin. 

Burda olanları heç yerdə danışmayın. Hamınızı efirdə biabır edərik. Onların bizə 

heç bir xərci çıxmayıb. Evdə qalanda bu dəfə ev pulunu məndən aldılar ”. 
“Günay Musayeva verilişdə dedi ki, normal ailənin qızı bura qatıla bilməz” 

Müsabiqənin digər xanım iştirakçısı Aytac Məmmədova isə verilişə görə

övladını itirdiyini bildirib: 
“Bu stil mənim” verilişindən çıxmağımın səbəbi qapalı geyinməyim olub. 

Mənə ilk gündən proqramın təşkilatçıları xəbərdarlıq etdilər ki, qapalı 

geyindiyim üçün proqramdan tez çıxarıla bilərəm. Açıq-saçıq geyinməyimizi 

istəyirdilər. Baxmayaraq ki, ilk həftədən təşkilatçılara ailəli olduğumu, 

açıq geyimlərdən istifadə etməyəcəyimi dedim. Çünki yarışmaya qatılma 

səbəbim mükafat idi. Ailəm də yarışmaya qatılmağıma icazə vermişdi. 

Layihəni ərsəyə gətirən şirkətlə də razılaşdıq. İmkanım olmadığı üçün 

Türkiyəyə avtobusla getdim. Gömrükdə halım pisləşdi, hamilə olduğumu 

öyrəndim. Amma ağır çantalar daşıdım, halım daha da pisləşdi və 

övladımı itirdim. Bir neçə saat özümdə olmadım. İştirakçıların valideynləri 

mənə baxırdılar. Valideynlər şirkətə zəng vurdular ki, məsuliyyət sizin

üzərinizdədir, kömək edin. Gec də olsa gəldilər. Şirkətin nümayəndələri 

məni xəstəxanaya aparsalar da, dərmanlarımı almadılar”. 
Bu stil mənim"in qızlarından şok sözlər - "İştirakçılar gecə həyatı keçirir"

O, şirkətlə müqavilədən imtina etdiyini də qeyd edib: 
“Yeganə iştirakçıyam ki, onlarla müqavilə imzalamamışam. Çünki müqavilənin 

şərtləri ağır idi. Şərtlərə görə, verilişdən sonra müəyyən seriallar və sairə kimi 

çəkilişlərdən əldə etdiyimiz gəlir onların olacaq. Bizi Türkiyədə uzunmüddətli s

axlaya bilərdilər. Ancaq bu, mənə lazım deyildi. Müqavilədən imtina etdim, 

müqavilənin şərtlərini pozanların cərimələnəcəyi ilə bağlı məlumatım yox idi. 

Onlar da məndən xahiş etdi ki, imtina barədə qızlara məlumat vermə. Mən 

də qızlara dedim ki, imzalamışam. Çünki qızlara böyük kimi məsləhət verirdim, 

mənim sözümü eşidirdilər”. 
İştirakçının sözlərinə görə, Günay Musayeva onları təhqir edib: 

“Günay xanım heç bizim dildə danışa bilmir. Azərbaycan, rus və türk dillərini 

qarışdırıb nəsə ortaya çıxarır. O xanımda bir xüsusiyyət var ki, qarşısında 

qürurla duran xanımı sındırsın. O, verilişdə dedi ki, normal ailənin qızı bura

qatıla bilməz. Bura ancaq ərindən boşanmış, küçə qızları qatılmalıdır. Normal 

qızları da öz tərəflərinə çəkirlər. Qalib barədə isə deyirlər ki, ATV-dən bir 

neçə qız qatılacaq və onlardan biri qalib olacaq”. 
Müsabiqənin daha bir qalmaqallı iştirakçısı Aysel Mehdizadə isə onlara valideynləri 

ilə birgə Türkiyəyə getməyə icazə verilmədiyini deyib: 
“Valideynlərimizin Türkiyəyə getməyinə icazə vermirdilər. Valideynlərimiz gəlib 

ortamla tanış olmaq istəyirdilər. Anam bilet almağa gələndə icazə vermədilər. 

Halbuki öncədən razılaşmışdıq. Anam da dedi ki, ona icazə vermirlərsə, məni

də qoymur. Ondan sonra razılaşdılar. Daha sonra Umud bəy ( Hamid Tuncerin müavini)

mənə yazdı ki, anan yenə gələcək? Mən də “hə” cavabını verdim. O isə dedi ki, belə olmaz. 

Müqavilədə belə şey yoxdur. Axı bütün xərcləri, yol pulumuzu hər şeyi özümüz ödəyirik. 

Bütün ödənişləri biz ediriksə, şirkət niyə valideynlərimizə qadağa qoyur?”. 
Bu stil mənim"in qızlarından şok sözlər - "İştirakçılar gecə həyatı keçirir"

Aysel də digər müsabiqə iştirakçısı kimi şirkət rəhbərinin müavini Ümid

bəydən narazı olduğunu ifadə edib: 
“Proqram efirə gedəndən 2 həftə sonra çıxdım. Ümid bəy mənə həmişə 

yazırdı, yola verirdim. Üz vermirdim, cavab yazmırdım. Bakıya gələndən sonra 

fotosessiyam oldu. Sosial şəbəkədə paylaşdım. Ümid bəy yazdı ki, “Ah sən böyle mi güzeldin? 

Yarışmada da belə olardın”. Dedi ki, Azərbaycanda qalmaq fikrin var? Türkiyəyə 

gəlmək istəmirsən? Mən də yazdım ki, gəlmişdim, siz göndərdiz. Elə bilirəm veriliş 

barəsində danışır. Mənə dedi ki, indi gələ bilərsən, səni hər şeylə təmin edərəm. 

Çox şeylər yazdı, niyyəti başqa idi. Mesajları hələ də qalıb”. 
“Zaur hər dəfə məni təhqir edirdi...” 

İrlana Qasımova isə su çiçəyinə tutulduğunu, buna görə verilişdən

uzaqlaşdırıldığını qeyd edib. 
Bu stil mənim"in qızlarından şok sözlər - "İştirakçılar gecə həyatı keçirir"

Rəşidə Rzayeva isə təşkilatçıları məsuliyyətsizlikdə ittiham edib: 
“İlk çəkilişimizdə belə şeylər olmamışdı. İkinci həftə yarışmadan çıxdım.

Çox pis şeylər eşitdim. İştirakçıların bəziləri gecə həyatı keçirirdi. 

Təşkilatçılarla əylənirlər. Bu veriliş zövq yarışması deyildi. Sakit olduğum 

üçün deyirdilər ki, sən tez çıxacaqsan. 
Bu stil mənim"in qızlarından şok sözlər - "İştirakçılar gecə həyatı keçirir"

Ən çox Zauru öyrədirdilər. Hər dəfə məni təhqir edirdi. İçimdə səssiz ağladım. Zaur, 

hətta mənim karikaturamı çəkmişdi. Onun karikaturasını çəkən lazımdır (gülür).

Zaurun zövqdən xəbəri yoxdur”. 
Bu stil mənim"in qızlarından şok sözlər - "İştirakçılar gecə həyatı keçirir"

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR