Bu şəxslərin Bakıya girişi üçün güzəşt ediləcək - RƏSMİ
Sfera.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib.
O bildirib ki, hazırda region, Bakı, yaxud Sumqayıt qeydiyyatı olmasından asılı olmayaraq, bütün sərnişinlərin paytaxtdan rayonlara gedişi təmin olunur:
"Yalnız Bakıya girişdə qeydiyyatla bağlı məhdudiyyət var. Paytaxt qeydiyyatında olanlara giriş-çıxış sərbəstdir. Martın 29-na qədər region qeydiyyatı olanlar Bakıya daxil ola bilməyəcəklər".
Qurum sözçüsu bildirib ki, məcburi köçkün və qaçqınlara isə müəyyən güzəştlər tətbiq olunur:
"Onların qeydiyyatı Dağlıq Qarabağ bölgələrinədir. Müvəqqəti yaşadıqları yerlə bağlı arayış gətirdikdə, arayışa əsasən şəhərə qayıtmaq üçün onlara bilet təqdim olunacaq".
Nuridə Allahyarova qeyd edib ki, Bakı-Sumqayıt arasında gediş-gəlişdə məhdudiyyət yoxdur, 33 marşurut xətti üzrə 210 avtobus işləyir.
Xatırladaq ki, bu qərarlar avtobuslarla yanaşı, şəxsi avtomobillərə də şamil olunur. Sərnişinlər vəsiqələri yoxlanıldıqdan sonra paytaxta buraxılacaqlar.






