Logo

Gürcüstanda ölən Azərbaycan vətəndaşının cənazəsi vətənə gətirilib

Gürcüstanda ölən Azərbaycan vətəndaşının cənazəsi vətənə gətirilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gün Gürcüstanın Marneuli rayonunda ölən Azərbaycan vətəndaşı, 24 yaşlı Elvin Sarıyevin cənazəsi vətənə gətirilib.

Sfera.az xəbər verir ki, bu barədə report-un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, cənazənin qısa zamanda yaxınlarına təhvil verilməsi prosesinə Marneuli rayonunun icra hakimiyyəti dəstək göstərib.

Aparılan ekspertiza azərbaycanlı gəncin dəm qazından boğularaq dünyasını dəyişdiyini təsdiqləyib.

Qeyd edək ki, Ağstafa rayon sakini olan E.Sarıyev Marneulidə işləyirmiş. Onun meyiti kirayədə qaldığı mənzildə tapılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR