Ramin Əhmədovdan prezidentin yaratdığı Fonda dəstək
Sfera.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov prezident İlham Əliyevin koronavirusla mübarizəyə dəstək məqsədilə Fondun yaradılmasından danışarkən deyib.
Onun sözlərinə görə, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması yerində verilən qərardır: "Fərmanda da qeyd edildiyi kimi, dünyada yayılan yeni növ koronavirusun yaylma arealının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edir. Bu zərurətdən irəli gələn bütün tədbirlərə mütləq şəkildə dəstək verilməli, sosial həmrəylik nümayiş etdirməliyik. Bu təhlükədən ən az itki ilə çıxmağın yeganə yolu dövlət-vətəndaş birliyidir. Vətəndaş dövlətin müəyyən etdiyi qaydalara riayət etməli, özünün və yaxınlarının sağlamlığı naminə qaydaları pozmamalıdır. Ölkəmizdə koronavirusla mübarizə dünyanın aparıcı dövlətlərinə nümunə olacaq dərəcədə yaxşı təşkil olunub. Fondun yaradılması ilə bağlı imzalanan fərman isə dünyaya virusla mübarizənin ən mükəmməl təqdimatıdır”.
Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürəcəyini deyən Ramin Əhmədov bildirib ki, imkanı olan hər bir azərbaycanlı dövlətin bu təşəbbüsünə dəstək olmalıdır: "Bu fonda imkanı olan hər bir azərbaycanlı dəstək olmalıdır. Mən də öz növbəmdə bank hesabı açılan kimi Fonda pul köçürəcəm. Belə həssas məqamda var gücümüzlə dövlətin yayında olmaq hər birimizin borcudur. Cənab Prezidentin də dediyi kimi, indi hər kəsdən həmrəylik və məsuliyyət tələb olunur”.






