Yeni millət vəkili də ilkə imza atdı, ONLAYN QƏBUL KEÇİRDİ VƏ SEÇİCİLƏRİNƏ ÇAĞIRIŞ ETDİ…
Sfera.az xəbər verir ki, bunu yeni millət vəkili Bəhruz Məhərrəmov deyib.
Millət vəkili seçicilərə müraciət edərək bildirib ki, hüquqi dövlət olaraq Azərbaycanda hakimiyyətlərin bölgüsü mövcuddur.
"Deputat qanunverici hakimiyyətin nümayəndəsidir. Bu anlamda mən icra, məhkəmə hakimiyyətlərinin, habelə bələdiyyələrin səlahiyyətinə aid olan məsələlər üzrə qərar vermək imkanında deyiləm.Yəni, İcra hakimiyyətinə, bələdiyyəyə yaxud məhkəməyə edilməli müraciətləri deputat həll etmək gücündə deyil. Habelə şəxsən mən şirkət, müəssisə sahibi də deyiləm ki, kimisə işlə təmin edə biləm. Təbii ki, Sizi dinləmək borcumdur, lakin təvəqqem budur ki, elə edək ki, səlahiyyətim xaricində müraciətlər aramızdakı yalnış anlaşılmazlığa və inamsızlığa gətirib çıxarmasın .Beləliklə, günümüz gərgin keçdi, lakin məhsuldar oldu. Əməkdaşlığa, göstərdiyiniz etimada, habelə yazdığınız saysız xoş söz və arzulara görə görə hər birinizə təşəkkür edirəm”-deyə, o, əlavə edib.






