TuranBank tərəfindən növbəti dəfə sığınacaq evində yaşayan uşaqlara psixoloq dəstəyi göstərildi.
Kateqoriya məlum deyil
Ənənəyə sadiq qalaraq TuranBank bu bayramda da paytaxtda yerləşən uşaq sığınacaq
evlərindən birinin qonağı oldu. Balaca dostlar ilə yumurta döyüşdürən bank əməkdaşları
sığınacaq evinin sakinləri ilə birgə sığınacaqda əsl bayram əhval ruhiyyəsini yarada bildilər.
Bununla yanaşı TuranBank, "Ümid” Uşaq Sığınacaq Evində yaşayan uşaqların psixoloji
dəstəyə olan ehtiyacını nəzərə alaraq növbəti dəfə peşəkar psixoloq yardımının
göstərilməsinə də dəstək oldu. Təşəbbüsə əsasən psixoloq müəyyən müddət ərzində
sığınacağın sakinlərilə xüsusi terapiya proqramını həyata keçirəcəkdir.
Uşaqlar bizim gələcəyimizdir, onları bir gün deyil, hər gün qoruyaq.






