Logo

Türk Şurasına üzv ölkələr nəqliyyat məsələlərini müzakirə edirlər

Türk Şurasına üzv ölkələr nəqliyyat məsələlərini müzakirə edirlər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün Türkiyənin İstanbul şəhərində türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olan dövlətlərin nəqliyyat nazirlərinin 3-cü və Nəqliyyatın İnkişafı üzrə İşçi Qrupun 8-ci iclası keçirilir. 
Bu barədə Oxu.Az-a Nəqliyyat Nazirliyindən bildiriblər.
Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə nəqliyyat dəhlizləri, mərkəzi dəhlizin inkişaf etdirilməsi üçün potensial çoxtərəfli əməkdaşlıq mexanizmi və imkanlarının müzakirəsi və bu istiqamətdə marşrut üzərində yerləşən ölkələr tərəfindən yerinə yetirilməsi tələb olunan zəruri və vacib tədbirlərin müəyyənləşdirilməsi, Bakı, Aktau və Samsun limanları arasında qardaşlaşmış limanlar prosesinin gedişatının müzakirəsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılması nəzərdə tutulub. 
Qeyd edək ki, hər iki tədbirdə Nəqliyyat nazirliyini nazir müavini Musa Pənahov təmsil edir.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR