Millət vəkili Covid19-la başlı görülən tədbirləri şərh etdi
Kateqoriya məlum deyil
Milli Məclisin deputatı Şahin Seyidzadə rəsmi facebook səhifəsində #Covid19 (Koronavirus) ilə bağlı paylaşım edib.
Sfera.az Qobustan rayonu ərazisində yerləşən xüsusi rejimli karantin xəstəxanasındakı vəziyyətlə bağlı seçicilərinə məlumat verən millət vəkilinin paylaşımını oxucularına təqdim edir:
"Bildiyiniz kimi, son zamanlar pandemiya elan edilmiş #Covid19 (Koronavirus) ilə bağlı ölkəmizdə bir çox tədbirlər həyata keçirilir. Bunlardan biri də xaricdən ölkəmizə geri qayıdan həmvətənlilərimiz və xarici vətəndaşların karantin xəstəxanasına yerləşdirilərək və müşahidə altına alınmasıdır.
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən idarə olunan bu tipli xüsusi rejimli xəstəxanalardan biri də təmsil etdiyim dairə olan Qobustan rayonu ərazisində yerləşən xüsusi rejimli karantin xəstəxanasıdır. Bununla bağlı mənə son günlər ərzində sözügedən xəstəxanada işləyən və ərazidə yaşayan sakinlər tərəfindən çoxsaylı müraciət və suallar gəlir. Nəzarətə götürülən bütün müraciətlərlə bağlı, qısa müddətdə Qobustanda yerləşən xəstəxananın baş həkimi ilə əlaqə saxlanıldı. Xəstəxanadan verilən məlumata əsasən hal-hazırda vəziyyət nəzarətdədir. Baş həkim, Emin Huseyn başda olmaqla xəstəxanın bütün heyətinə təşəkkürümü bildirirəm və hər kəsi Azərbaycan Respublikası Nazirlər Kabineti (www.cabmin.gov.az) yanında Operativ Qərargahın verdiyi məlumatları əsas mənbə kimi qəbul edərək Qərargahın bildirdiyi qaydalara əməl etməyə səsləyirəm.”