Logo

Qəbrini farsların kiçiltdiyi - İslamdan sonrakı dövrün ən böyük türkü - VİDEO

Qəbrini farsların kiçiltdiyi - İslamdan sonrakı dövrün ən böyük türkü - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Nadir Şah Əfşar - Tarixin yetişdirdiyi nadir sərkərdələrdən biri. Öz adını haqqı ilə doğruldan dövlətçilik tariximizin görkəmli nümаyəndəsi. İnsan ömrünə sığdırılması mümkün görünməyən qədər - 1160 dəfə hünər meydanına, döyüş meydanına çıxan fateh. Azərbaycanın ən seçilən şəxsiyyətlərindən biri və bəzi tarixçilərin fikrincə, islamdan sonrakı dövrün ən şanlı sərkərdəsi.

İranın Məşhəd şəhərinə səfərimiz zamanı bizə “Nadir Şahın məzarını ziyarət edəcəksiz” dedikləri zaman əslində dahi sərkərdənin məzarını tamam başqa cür təsəvvür edirdik. Qarşılaşdığımız mənzərə isə yanıldığımızı göstərdi. Bu dünyada adı ilə bir türk tarixi yazan Nadir Şahın o dünyası sadə bir məqbərə ilə yad olunub.  

Naümidliyimizin səbəbi var. Səfər zamanı ziyarət etdiyimiz şair Firdovsinin məqbərəsi bir əfşarla müqayisədə daha əzəmətli görünürdü. Belə çıxır ki, türk-fars çəkişməsi o dünyanı da əhatə edir. Firdovsi ömrü boyu əsərlərində türklərə olan nifrətini bildiridiyi üçün ola bilər ki, indi o daha çox sevilir və hörmətə layiq görülür. Firdovsinin nifrəti və bu nifrətinin fonu qarşısında əfşar Nadirin məqbərəsi kiçildilərək fars amilinin kölgəsində buraxılıb. Amma  bu onu deməyə əsas vermir ki, biz Nadir Şahi yaddan çıxarmalıyıq, yaxud da kiçik məqbərədə uyuduğundan onu ziyarət etməli deyilik.

Böyük sərkərdə çadırda anadan olduğundan onun məzarının yerləşdiyi məqbərə də çadır formasındadır. Bura daxil olarkən ilk gözə çarpan isə bu abidədir. “Bütün millətlərdən ibarət orduya” başçılıq etməsi mənasını verən abidənin ağırlığı 14100 kq, hündürlüyü isə 14-metrdir.  Nadirin gücü isə bu xəritədə öz əksini tapır və açıq qalan bütün suallar bu tarixi sübutla cavablanır. Tam bir cahan dövləti. Vaxtı ilə dünyanın az qala tam yarısına sahib olan bir türk sərkərdə. Bir fateh. Nadir Şah Əfşar...

Gün ərzində bir neçə dəfə toy – yəni toplantı keçirən Nadir Şahın bir xüsusiyyəti isə daima çadırın küncündə oturaraq, insanları seyr etməsi olub. Elə məhz bu səbəbdən də onun məzarı  məqbərənin bir küncündə yerləşir. Nadir Şahı canladıran bu xalça isə son Qacar şahının dövründən qalan xalçadır. Şahın adına toxunan bu Təbriz xalçasının ətrafında onun sevdiyi "Şahnamə"dən yazılan misralar var.  “Mən öz ürəyimi qolumun gücü ilə işlədirəm. Bunları birləşdirərək döyüşdə bütün dünyadakı düşmənlərimi sıxıb üstünlük qazanıram. Mən ki, bu işləri gördüm, sonra görərsiz başıucalıq kimə yaraşır. Sonra bəlli olar ki, bu döyüşdə kim qalib gəldi, kimi isə bu dünya alçaq etdi”.  

Qəbrini farsların kiçiltdiyi - İslamdan sonrakı dövrün ən böyük türkü - VİDEO

Əslində belə də oldu. Dehliyə qədər uzanıb gedən Əfşarlar sülaləsi tarixdə Nadir Şahın hesabına böyük bir iz buraxa bildi. 1160 dəfə döyüş meydanına çıxan və hərbidə əldə etdiyi nailiyyətlərinə görə bəzi tarixçilər onu Şərqin Napoleonu və ikinci Makedoniyalı İsgəndər kimi ləqəblər veriblər. Nadirqulu xan türk tayfalarından əfşarların Qırxlı boyundan idi. Onun əcdadları hələ I Şah İsmayıl zamanında Xorasana köçürülmüşdülər.

Tez bir zamanda dahi sərkərdə Dehliyə qədər olan əraziləri öz qılıncı altında birləşdirə bilir. III Şah Abbasın qəfil ölümündən istifadə edərək, 1736-cı ilin martın 21-də Suqovuşanda toplanmışMuğan qurultayında  Nadir xan özünü şah elan edir. Beləliklə, əslində Səfəvilər sülaləsinin hakimiyyətinə son qoyulmaqla  yeni türk-müsəlman sülaləsi olan  Əfşarlar sülaləsi hakimiyyətə gəlir.

Amma Nadir Şah dünyanin tam yarısına sahib olmaqla bir türk tarixi yazmadı. Bir-bir ərazilərinə qatdığı torpaqlarda o eyni zamanda öz gücünü buraya köçürdüyü türklər vasitəsilə möhkəmləndirə bildi.

Xorasan türkləri... Görünüşü, danışığı, hətta əlində olan sazı belə onların bir türk olduğunu sübut edir.

İranda yaşayan türklər içində Azərbaycan türklərindən sonra ən sıx və əhəmiyyətli türk birliyini Xorasanda yaşayan türkmənlər təşkil edir. Türküstanın davamı olan Xorasan, əsrlərdir türk birliklərinin vətəni olub.

Nişapurda illərdir aşıq sənətini yaşadan bu şəxslərlə söhbət zamanı məlum olur ki, digər türk tayfaları kimi xorasan türkləri də  assimlasiyaya məruz qalmaqdadırlar. Türkcə təhsilin olmaması isə türk dilinin yalnız evlərdə danışıq vasitəsi kimi istifadə olunmasına səbəb olub. Yəqin ki türkün gücünün bununla azala biləcəyi düşünülüb.

Təəsüflər olsun ki, vaxtı ilə böyük bir dövlətimiz olduğu halda biz onu tariximizdə əks etdirməmişik. Məsələn Bayandurlu, Baharlı, Hülakilər, Səfəvi, Əfşar sülalələri tərəfindən idarə edilən böyük dövlətimiz olduğu halda  bu dövlətə Azərbaycan dövləti deməkdən nədənsə çox vaxt çəkinmişik.  Bizim də möhtəşəm Yüz illərimiz olub. Amma biz bunu deməkdən uzaq qaçmışıq və ya bu barədə dünyaya car çəkməmişik, məlumat verməmişik.  Bəlkə də onun nəticəsi idi ki, Xorasana gedən zaman  orda onlara "eyni qandanı"q deməyimiz çox təəccüblü görünürdü.  

Tapa bilmirəm yolumu. Bir olmaqdan, Turan olmaqdan bir qədər uzaqlaşan türklərin indiki taleyi üçün deyilib, sanki bu söz ömür boyu sərhəd tanımayan türklər üçün bəlkədə ən gözəl söylənilən bayatıdır bu. Düzdür, dilimizdə dəyişikliklər olsa da türklər dünyanın hər yerində var və olacaqdır. Əsas odur ki, öz tariximizi unutmayaq və unutdurmağa qoymayaq.  Tanrı Türkə yar olsun, Turan ellər var olsun. Bu türklərin devizidir. Tanrı Türkə yardır, yetər ki, biz türk elləri bir birinə yaxınlaşdıraq.  

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR