Logo

Azərbaycan Beynəlxalq Bankından rəqəmsal xidmətlərə dair çağırış

Azərbaycan Beynəlxalq Bankından rəqəmsal xidmətlərə dair çağırış
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müştərilərin və əməkdaşların koronavirus infeksiyasından (COVID-19) qorunması

qayğısına qalaraq Azərbaycan Beynəlxalq Bankı qabaqlayıcı tədbirlər həyata keçirir. Bank

struktur bölmələrinin iş rejimində də müəyyən dəyişikliklər aparıb. Bir çox işçilərin evdən

çıxmadan distant qaydada çalışmasına şərait yaradılıb. Ezamiyyətlər təxirə salınıb, iclas və

görüşlərin xüsusi platformaların dəstəyi ilə onlayn qaydada həyata keçirilməsi təmin olunub.

Azərbaycan Beynəlxalq Bankı öz filial və şöbələrində müştərilərə fasiləsiz xidmət

göstərməklə yanaşı, məhsul və xidmətlərdən banka gəlmədən istifadə edə bilməkdən ötrü

müştərilərinə bankın təqdim etdiyi bir çox innovativ vasitələrdən faydalanmağı da tövsiyə edir.

Belə ki, fərdi müştərilər üçün bir çox bank xidmətlərini Azərbaycan Beynəlxalq Bankının İnternet

bankçılıq xidməti üzərindən əldə etmək olar. Bankın hüquqi şəxs müştərilər üçün nəzərdə

tutulmuş korporativ internet bankçılıq xidməti korporativ müştərilərə də belə bir imkanı yaradır.

Bundan başqa, fərdi müştərilər Azərbaycan Beynəlxalq Bankının İBAm mobil tətbiqini

smartfonlarına yükləyərək bir çox bank xidmətlərini bu plaforma üzərindən əldə edə bilərlər.

Müştərilərin filial və şöbələrdə növbədə gözləməməsi üçün bank onlara Randevu

xidmətindən faydalanmağı da tövsiyə edir. Bu xidmətin üstünlüklərindən yararlanmaqla müştəri

bankda ona xidmət vaxtını bir gün əvvəldən özü təyin edə bilir. Bəzi bank xidmətlərindən isə

Azərbaycan Beynəlxalq Bankının ATM-ləri və 937 nömrəli Məlumat Mərkəzi vasitəsilə istifadə

etmək mümkündür. Bank apreldən korporativ müştərilərinə, o cümlədən kiçik və orta

sahibkarlara məsafədən hesab açmaq imkanı da yaradacaq.

Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov deyib: "Bank sektoru üçün, demək olar

ki, yeni bir dövr başlanıb. Artıq hamı anlayır ki, həm fərdi,  həm də korporativ müştərilər

üçün rəqəmsal platformaların inkişaf etdirilməsini və funksionallığının artırılmasını

sürətləndirmək lazımdır. Alternativ xidmət kanallarımızın inkişafına, bu istiqamətdə yeni

müştəri vərdişlərinin formalaşdırılmasına, eyni zamanda əməkdaşlarımız üçün

məsafədən işləmə praktikasının mükəmməl tətbiqinə fokuslanırıq”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə

məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli

Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR