Kontakt Home koronavirus əleyhinə bütün təhlükəsizlik tədbirlərini görüb
Koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması, müştərilərinin və
əməkdaşlarının sağlamlığının təmin olunması məqsədilə Kontakt Home Nazirlər Kabineti yanında Operativ
Qərargahının tövsiyələrini əsas tutaraq bütün təhlükəsizlik tədbirlərini görüb.
Bununla əlaqədar şəbəkənin bütün mağaza və inzibati binalarında, həmçinin əməkdaşlıq etdiyi
servis mərkəzlərində virus və bakteriyalar əleyhinə dezinfeksiya işləri tamamlanıb. Dezinfeksiya işlərini
xüsusi lisenziya ilə fəaliyyət göstərən və bu sahə üzrə ixtisaslaşmış müəssisə həyata keçirib və Kontakt
Home-a müvafiq sertifikat təqdim olunub.
Qeyd edək ki, aparılan dezinfeksiya tədbiri ərazini ən az 14 gün qoruyur və bu tədbirlər virus
təhlükəsi olduğu müddətdə mütəmadi olaraq həyata keçiriləcək. İstifadə olunan dezinfektantlar insan
səhhəti üçün zərərsizdir.

Virusun profilaktikası ilə bağlı Operativ Qərargahın göstərişlərinə əsasən, mağaza personalı
müştərilərə xüsusi qoruyucu maska və əlcəklərdə xidmət edir, gündəlik olaraq temperaturu yoxlanılır,
insanların sıx təmasda olduğu səthlər, vitrinlər mütəmadi olaraq təmizlənir. Həmçinin mağaza və inzibati
binaların girişləri spirt tərkibli antiseptik məhlullarla təmin edilib.

Son olaraq qeyd edək ki, yaranmış vəziyyətlə bağlı şəbəkənin fəaliyyətində müştəri məmnuniyyətinə
təsir edə biləcək heç bir texniki problem və ya ləngimə nəzərdə tutulmur. Eyni zamanda onlayn sifarişlərə
tələbatın artdığını nəzərə alaraq, www.kontakt.az saytı da 7/24 fəaliyyətini davam etdirir.
Çağrı Mərkəzi: *6060






