“İmperator” ölkədən qaçmaq istəyir? - Tahir Kərimovun oğlu niyə Ruminiyadan vətəndaşlıq almaq istəyir?
Kateqoriya məlum deyil
Salyanın icra başçısı Tahir Kərimov vəzifəsindən azad edildi. Lakin onun vəzifədən azad edilməyi ilə unudulmasımı lazımdır? Bu illər ərzində dövlətin bütün "yağlı” qurumlarına öz adamlarını yerləşdirən kiçik padşah cəzasızmı qalacaq? Salyana ayrılan milyonlarla vəsaiti göyə sovuran, hər addımı ilə təkcə özünü deyil, ölkəmizi zərbə altında qoyan Tahir Kərimovun əməlləri barmaqla sayılacaq qədər az deyil. İlk növbədə ona etimad edilərək əmanət edilən Salyandan başlayaq. Rayonu abadlaşdırmaq əvəzinə Salyanın olan-qalanını da satıb, öz cibini dolduran T.Kərimov bu məsələdə bütün yolları sınayıb. Bu məsələdə ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin xidmətlərindən də az istifadə etməyib. Sabiq nazir Eldar Mahmudovla isti münasibətinin olduğu vurğulanan eks başçı bir çıxışında bunu etiraf belə etmişdi: "Bu günlərdə Azərbaycanın Nazirlər Kabinetindən və Milli Təhlükəsizlik Nazirliyindən (MTN) mənə məktub göndərilib ki, Salyanda mövcud olan qeyri-qanuni balıq təsərrüfatı ləğv olunsun. Çünki torpağın münbit qatını erroziyaya uğradır, iri taxılçılıq təsərrüfatına zərər gətirir. Mən də tapşırıq vermişəm ki, kimin balıqçılıq sənəti yoxdursa və öz başına balıq təsərrüfatı ilə məşğul olursa, onlar ləğv olunsun. Yəni indi mən Milli Təhlükəsizlik Nazirliyinin sərəncamını icra etməməliyəm?” Rayonda özü üçün sovxoz "quran” sabiq başçı oğlanlarını da pullu vəzifələrə yerləşdirib. Azərbaycan neftindən gələn gəlirin böyük bir hissəsini Rumıniyada əl çatmaz, quşqonmaz yerlərdə yanacaq dolduqma məntəqələri tikdirərək, sayca çox olsa da, gəlir gətirməyən "ölü yerlər” açan Həmzə Kərimov sabiq başçının oğludur. Həmzə Kərimov "Socar” ın Rumıniya nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin olunan kimi, qardaşını,xalası uşaqlarını ,bir sözlə bütün qohum-əqrəbəsini yığıb gətirir "Socar” ın Rumıniyadakı nümayəndəliyinə. Həm də maraqlıdır ki, Həmzə Kərimov uzun illərdi Rumıniyanın vətandaşlığını almaq istəyir. Arzusu gizli şəkildə ikili vətandaşlıq statusunu əldə etməkdir. Belə ki, Həmzə Kərimovun həmişə bir devizi olub: "Mən Avropanı qoyub Azərbaycanda heç zaman yaşamaram”. Onu da qeyd edək ki, uzun illərdir Rumıniyada yaşayan Həmzə Kərimov həmin ölkədəki keçmiş səfirimiz Eldar Həsənov ilə tez-tez baş-başa gəlirmiş. O hətta cürət edib cənab səfirdən Bakıya tez-tez anonim məlumatlar da göndərib. Bu barədə "Yeni Müsavat” yazır ki, Həmzə Kərimov Rumıniyaya gedəndən sonra işini səfirlə koordinasiya etməyib, öncədən aldığı təlimat üzrə Eldar Həsənova saymazyanalıq göstərib, tamamilə "muxtar” fəaliyyət göstərib, həmçinin vaxtaşırı Eldar Həsənovun guya Rumıniyada Azərbaycanı layiqincə təmsil edə bilməməsi haqda donoslar yazıb. Məsələ ilə bağlı "Media forum” saytına açıqlamasında Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri Fərid Abdinbəyovun işlətdiyi ifadə H.Kərimovun səfirlikdə hansı təəssürat yaratdığından xəbər verir: "Onun (Eldar Həsənovun-red.) vətənpərvərliyi, müstəqil Azərbaycan dövlətinə xidmətləri, yüksək peşəkarlığı, savadı, alicənablığı, mərdliyi və səviyyəsi bir çox diplomatlara, elə Həmzə Kərimov kimilərinin özlərinə də əsl örnək olmalıdır”. Göründüyü kimi H.Kərimov digər dövlət qurumlarında nüfuz sahibi olmasa da, sırf atasının xətrinə vəzifədə saxlanılmaqdadır. Onun etdiyi yalnışların sayı-hesabı bilinməsə də, biriləri onu qorumaqdadırlar. Qeyd edək ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun digər oğlu Ümid Abuzərli Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ofisinin Koordinatorudur. Göründüyü kimi vaxtilə kriminal aləmlə isti münasibəti olan Tahir Kərimov çıxarılsa da, vəzifəyə yerləşdirdiklərinin hamısı iş başındadırlar. Fəqət Həmzə Kərimovun ikili vətəndaşlıq məsələsi son dönəmdə yenidən aktuallaşıb. Mənbəmiz Tahir Kərimovun da ölkəni tərk etməyə hazırlaşdığını bildirir. Mövzuya qayıdacağıq...






