Tünzalə Ağayevadan koronavirus çağırışı - Video

Cəmiyyət
11:00 / 14.03.2020
4824
Xalq artisti Tünzalə Ağayeva da sosial şəbəkədə koronavirusla bağlı paylaşım edib.
Sfera.az xəbər verir ki, sənətçi "Hər şey yaxşı olacaq” mahnısını ifa edib və xalqımızı pozitiv olmağa səsləyib:
"Hər şey yaxşı olacaq, üzüntülər dünəndə qalacaq... Mütləq hər şey yaxşı olacaq. Bu çətin dönəmdən də çıxacağıq. Allah vətənimizi, millətimizi, bütün dünyanı qorusun. Özümüzə qarşı diqqətli olaq. Mütləq yaxşı olacaq”.
Qeyd edək ki, Çinin Uhan şəhərində dekabr ayında aşkarlanan koronavirus, başda Avropa olmaqla, bütün ölkələri növbə ilə karantinə sürükləyir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah da ölkə ərazisində bəzi sosial izolyasiya tədbirləri görüb.(yeni sabah)