Logo

Qaydalar açıqlandı - İlk 14 gün evdə keçirilməlidir - VİDEO

Qaydalar açıqlandı - İlk 14 gün evdə keçirilməlidir - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ölkə xaricindən gələnlər üçün 14 gün müddətində etməli olduqları qaydaları açıqlayıb.

Sfera.az Xezerxeber.az-a istinadla xəbər verir ki, TƏBİB-in yaydığı məlumatda bildirilir ki, ölkə xaricindən son 14 gün ərzində gələnlər buradakı ilk 14 günlərini evdə keçirməlidirlər.

Həmin şəxslərin olduqları məkan tez-tez havalandırılmalıdır:

"Mümkün qədər az insanla təmasda olmalıdırlar. Yaşlı və xroniki xəstəliyi olan insanlarla təmas olmamalı, əllər sabunla tez-tez yuyulmalıdır. Evdən çıxanda mütləq maska taxılmalıdır.

Soyuqdəymə əlamətlərində mütləq 103 (Bakı daxili) və 113 (Bakıdan kənar) təcili yardım nömrələrinə zəng edilməlidir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR