Logo

Milli Məclis başladı - xanım deputat spikerliyə namizəd oldu

Milli Məclis başladı - xanım deputat spikerliyə namizəd oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

VI çağırış Milli Məclisin ilk plenar iclası başlayıb.

Sfera.az xəbər verir ki, iclasa sədrliyi parlamentin ən yaşlı deputatı - Fəttah Heydərov edir.

İclasın gündəliyinə 1 məsələ - Təşkilatı məsələlər daxil edilib.

İclasda əvvəlcə Hesablayıcı komissiya, sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək.

Parlamentdə çoxluq təşkil edən YAP Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin və sədrin müavini vəzifəsinə Hicran Hüseynovanın namizədliyini irəli sürüb. Bitərəf deputatlar isə parlamentin sədr müavini vəzifəsinə Adil Əliyevin namizədliyini irəli sürüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR