Logo

ÜST-ün nümayəndə heyəti Azərbaycana gəlib

ÜST-ün nümayəndə heyəti Azərbaycana gəlib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Sfera.az xəbər verir ki, ÜST-ün Azərbaycandakı Nümayəndəliyindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Səhiyyə Nazirliyi və digər qurumlarla görüşü nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin "Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində "COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR