Logo

Bu dəfə qayda pozan xanımlar mükafatlandırıldılar - Video

Bu dəfə qayda pozan xanımlar mükafatlandırıldılar - Video
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hər il olduğu kimi, bu il də 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Bakıda reyd keçirib.
Sfera.az xəbər verir ki, yol polisi paytaxtda qayda pozan istər piyada hərəkət edən, istərsə də, avtomobil idarə edən xanımları saxlayıb.

Bu dəfə zərif cinsi nümayəndələrinə inzibati protokol tərtib olunmayıb, bunun əvəzində onlara müxtəlif hədiyyələr təqdim edilib.

Ötən illərdən fərqli olaraq, bu il aksiyaya "Bu şəhərdə” komandasının üzvləri, Əməkdar artistlər Rafael İsgəndərov, Coşqun Rəhimov və Müşfiq Abbasov da qoşulublar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR