Logo

Nəsimi rayonunda Qadınlar günü qeyd olunmuşdur

Nəsimi rayonunda Qadınlar günü qeyd olunmuşdur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə Nəsimi rayon İcra

Hakimiyyəti tərəfindən bayram tədbiri təşkil edilmişdir. Rayonun ictimai-

siyasi həyatında fəal iştirak edən dövlət, elm  təhsil, səhiyyə, mədəniyyət

sahələrində çalışan,  şəhid ailələrini təmsil edən qadınların  iştirakı ilə

keçirilən bayram tədbirini Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif

Əsgərov  açaraq iştirakçıları  bayram münasibəti ilə təbrik edərək, 8 Mart

Beynəlxalq Qadınlar gününün tarixi barədə məlumat verdi və bildirdi ki,

1911-ci ildə Sosialist Qadınların Kopenhagendə keçirilən ikinci

konfransında qəbul edilmiş bu gün ilk dəfə ABŞ-da və bir sıra Avropa

ölkələrində qeyd olunub. 8 mart 1966-cı ildə SSRİ-də qeyri-iş günü və

dövlət səviyyəli bayram elan olunmuşdur. Bu gün bu bayram dünyanın bir

çox ölkələrində geniş qeyd olunur.

Ümummilli liderimiz dahi Heydər Əliyev qadınlarımız barədə «…Mən

dünyanın çox yerində olmuşam. Amma Azərbaycan qadınları qədər gözəl

qadınlar görməmişəm»  demişdir. Ulu öndər həmişə Azərbaycan qadınının

zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirmiş, qadınlara hər zaman

böyük hörmət və ehtiramla yanaşmışdır.

Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında

fəal rol oynayır. Bu gün  Azərbaycan Respublikasının  Birinci Vitse-

prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-

nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki,

Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər.

Atalar gözəl deyib: «Kişi evin dirəyidirsə, qadın evin çırağıdır». Məhəmməd

Peyğəmbər Cənnətin anaların ayağının altında olduğunu demişdir. Ana

dünyada ən müqəddəs varlıqdır. Ona görə də biz ana vətən, ana torpaq

deyirik.

Böyük Vətən müharibəsi illərində qadınlarımız kişilərlə bərabər böyük

qəhrəmanlıq və fədakarlıq göstərərək qələbənin əldə olunmasında böyük

əmək, qüvvə və bacarıq sərf etmişlər. Müstəqilliyimizin ilk illərində Qarabağ

döyüşlərinin ön səngərlərində qəhrəmanlıqla vuruşan qadınlarımızla fəxr

edirik.

Müasir dövrdə Azərbaycan qadını inkişaf etmiş sivil ölkələrin

qadınlarından heç nə ilə geridə qalmır, hətta elmin bir sıra sahələrində

öndə gedir. 1998-ci ildə Ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə

Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.

Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil

olunur, BMT-nin Qadın məsələləri üzrə komissiyasının tam hüquqlu

üzvüdür. 1995-ci ildə isə ölkəmiz Qadınlara qarşı münasibətdə ayrı-

seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Beynəlxalq

Konvensiyaya qoşulmuşdur.

Rayonun təhsil, səhiyyə, mədəniyyət, elm və digər sahələrində çalışan

qadınlarımız  öz bilik və bacarıqları, işgüzarlıqları və rayonun ictimai-siyasi

həyatındakı fəaliyyətləri ilə hər zaman seçilirlər. Onların fəaliyyəti ölkə

rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.

Tədbirdə çıxış edən Millət Vəkili Məlahət İbrahimqızı bildirdi ki,

Azərbaycan qadını həm həkim, həm müəllim, həm memar, həm dövlət

qulluqçusu, həm hərbçi, həm ictimai-siyasi xadim, həm də qayğıkeş bir

ana, vəfalı həyat yoldaşıdır. Respublikamızın bir çox sahələrində

çalışanların böyük bir hissəsini qadınlar təşkil edir.

Digər çıxış edənlər - Qarabağ şəhidinin həyat yoldaşı Maral Alıyeva,

Qarabağ veteranı Rüxsarə Cümayeva və Bakı Slavyan Universitetinin

prorektoru Xanım Sultanova göstərilən diqqət və qayğıya görə ölkə

başçısına öz dərin minnətdarlıqlarını bildirmişlər.

Daha sonra tədbirdə iştirak edən qadınlara rayon İcra Hakimiyyətinin

hədiyyələri  təqdim olunmuş Azərbaycan Respublikası Milli

Konservatoriyası tərkibində Musiqi Kollecinin tələbələrinin və Asəf Zeynallı

adına musiqi kolleci Tələbə Gənclər Təşkilatı Ansamblının konsert

proqramı  ilə başa çatmışdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR