Prezident məşhur müğənnimizə ev bağışladı - SƏRƏNCAM
Kateqoriya məlum deyil
Prezident İlham Əliyev Əməkdar artist Lalə Məmmədovaya ev hədiyyə edib.
Sfera.az xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən mənzil 3 otaqdan ibarətdir.
Lalə Məmmədova açıqlamasında məlumatı təsdiqləyib. O deyib ki, ad gününə bundan gözəl hədiyyə ola bilməzdi: "Ölkə başçısına təşəkkür edirəm.
Heydər Əliyev Fondu da təmir işlərini öz üzərinə götürdü. Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya da minnətdaram. Sırf sənətlə məşğul olduğum üçün ev ala bilmirdim. Buna ehtiyacım var idi. İnşallah, balalarımla bu evdə yaşayacam”.(axşam.az)






