Lyudmila Putina ərə getdi - FOTO
Kateqoriya məlum deyil
“Rusiyanın keçmiş birinci xanımı digər soyadı daşıyır”.
Rusiya mətbuatında ölkə prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Putinanın ikinci dəfə ailə həyatı qurması haqda məlumatlar yayılıb.
Bu barədə Sfera.az Tatler.ru-ya istinadən xəbər verir.
“Məlum olub ki, Rusiyanın keçmiş birinci xanımı digər soyadı daşıyır - Oçeretnaya (bu soyadla şəxsiyyət vəsiqəsini Lyudmila Aleksandrovna Federal Miqrasiya xidmətinin Moskva şəhər idarəsindən 2015-ci ilin fevralın 2-də alıb)”.
Nəşr həmçinin onun ailə qurduğu təxmin edilən kişinin də adını açıqlayıb - 37 yaşlı Artur Oçeretnıy Lyudmilanın himayəlik etdiyi Şəxslərarası ünsiyyətin inkişaf mərkəzinə rəhbərlikedir.
“Təsadüf? Əlbəttə ki, heç kim belə düşünmür”, - nəşr qeyd edir. (oxu.az)






