Logo

Azərbaycan Beynəlxalq Bankı “Sahibkarlar Klubu” yaratdı

Azərbaycan Beynəlxalq Bankı “Sahibkarlar Klubu” yaratdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ölkəmizdə kiçik və orta biznesin inkişafına davamlı dəstək verən Azərbaycan Beynəlxalq Bankı bu

istiqamətdə daha bir təşəbbüs həyata keçirib. Bank öz müştərisi olan sahibkarlar üçün "Sahibkarlar Klubu”

yaradıb. Marriott Abşeron otelində "Sahibkarlar Klubu”nun təqdimatı olub. Təqdimat mərasimində Kiçik və

Orta Biznesin İnkişafı Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Aqrar Kredit

və İnkişaf Agentliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbərləri də iştirak edib.

"Sahibkarlar Klubu”nun yaradılmasında məqsəd kiçik və orta sahibkarlığın inkişafına dəstək, ölkə

iqtisadiyyatında bankın korporativ müştərilərinin mövqeyinin gücləndirilməsi, ixracyönümlü müştərilərin

biznesinin genişləndirilməsidir. Azərbaycan Beynəlxalq Bankının müştərisi olan və müvafiq meyarlara cavab

verən hər bir sahibkar bu klubda təmsil oluna bilər.

"Sahibkarlar klubu”nun üzvlərinə bankın məhsul və xidmətlərindən istifadə zamanı müxtəlif güzəştlər

ediləcək. Onlar üçün bankın tərəfdaşı olan yerli və xarici təşkilatların da dəstəyi ilə birgə tədbirlər təşkil

olunacaq. Bundan başqa, aqrar, xidmət, turizm, tikinti, ticarət və s. bu kimi prioritet sahələrdə bir sıra

innovativ həllər sahibkarların istifadəsinə veriləcək. Klub üzvləri bankın onların işçi heyəti üçün hazırladığı

sosial paketlərdən faydalanacaqlar. Mütəmadi işgüzar tədbir və görüşlərdə öz kommunikasiya imkanlarını

genişləndirəcək, faydalı tərəfdaşlar tapacaqlar.

"Sahibkarlar Klubu” öz üzvlərinə hüquq, mühasibatlıq, rəqəmsal təcrübənin tətbiqi, reklam, gömrük,

françayzinq, sığorta xidmətləri sahəsində də kömək göstərəcək. Eyni zamanda, onlar üçün məsləhət və təlim

xidmətləri təşkil edəcək. Belə ki, kiçik və orta sahibkarlar istehsal, satış, keyfiyyətin idarə edilməsi, ixrac,

idxal əməliyyatları, mühasibat işinin təşkili, vergi qanunvericiliyi və s. mövzularda keçirilən təlimlərdən

faydalana, klubun cəlb etdiyi peşəkar ekspertlərdən məsləhət yardımı ala biləcəklər.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Azərbaycan

Beynəlxalq Bankı regionun aparıcı bankı olaraq sektordakı mövqeyi, müxtəlif qurumlarla sıx

tərəfdaşlıq əlaqələri, geniş xidmət şəbəkəsi, universallığı və digər imkanları ilə öz ətrafında biznes

üçün əlverişli ekosistem formalaşdırır. Biz kiçik və orta sahibkarlarımızın bu ekosistemdə fəal şəkildə

təmsil olunmalarını və belə bir inkişaf mühitindən faydalanmalarını istəyirik. Bu klub sahibkarları

qayğılandıran məsələlərə birgə həllərin tapılmasına, kiçik və orta biznesdə innovasiyaların, müasir

menecment, marketinq təcrübələrinin tətbiqinə, sahibkarlar arasında işgüzar əlaqələrin qurulmasına

kömək göstərək. Ümid edirik ki, "Sahibkarlar Klubu” öz məqsədlərinə çatacaq və bizi müştərilərimizə

daha da yaxınlaşdıracaq”. Sahibkarlar Klubu barədə daha ətraflı: www.sahibkarlarklubu.az

Kluba üzv olmaq istəyən sahibkarlar 937 nömrəli Məlumat Mərkəzinə (5 nömrəsini seçməklə) zəng edə,

yaxud bankın yaxınlıqdakı filial və şöbələrinə müraciət edə bilərlər.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları

bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən,

həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR