Logo

Prezident SƏRƏNCAM İmzaladı

Prezident SƏRƏNCAM İmzaladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Prezident İlham Əliyev Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sfera.az xəbər verir ki, sərəncamda deyilir:

Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 9,0 (doqquz) milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılsın.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının 2020-ci ildə qazlaşdırılması nəzərdə tutulan ərazi vahidlərinin SİYAHISI:

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 mart tarixli Sərəncamı ilə təsdiq edilmişdir

Sıra

№-si

Ərazi vahidləri

Gəncə şəhəri

1.

Gəncə şəhərində 2 yeni massiv

Daşkəsən rayonu

1.

Aşağı Daşkəsən kəndi

2.

Kəmərqaya kəndi

Göygöl rayonu

1.

Toğanalı kəndi

Samux rayonu

1.

Sərkar kəndində yeni massiv

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR