Logo

Azərbaycan Beynəlxalq Bankından FinTech sferasında böyuk addım

Azərbaycan Beynəlxalq Bankından FinTech sferasında böyuk addım
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ölkəmizdə innovasiya ekosisteminin inkişafı istiqamətində bir neçə böyük layihəyə imza

atmış Azərbaycan Beynəlxalq Bankının sahibkarlıq fəaliyyətinə dəstək məqsədilə təşkil etdiyi

1-ci IBA Regional Hakatonu başa çatıb. Bakı Ekspo Mərkəzində keçirilən Hakatonda 40-a

yaxın komanda yarışıb. İdeya marafonunda dünyanın 12 ölkəsindən də nümayəndələr iştirak

edib. İştirakçıların əksər hissəsi isə yerli mütəxəssislərdən, sahibkar və proqramçılardan, eləcə

də digər peşəkarlardan ibarət olub. Komandalar layihələr irəli sürərək müxtəlif ölkələrdən dəvət

edilmiş 25 peşəkar mentorun dəstəyi ilə 36 saat ərzində fasiləsiz şəkildə öz layihələrinin

prototiplərini hazırlayıblar.

1-ci IBA Regional Hakatonunun Münsiflər Heyətinə sahibkarlıq sahəsində innovativ

həllərlə bağlı ümumən 40-a qədər layihə təqdim olunub. Komandalar layihələrinin

prototiplərini nümayiş etdirərək onları münsiflər qarşısında əsaslandırıblar. Münsiflərin

verdikləri ballar əsasında 1-ci, 2-ci və 3-cü yerin qalibi olan komandalar müəyyənləşib.

Hakatonda 1-ci yeri Azərbaycan və Ukrayna mütəxəssislərindən təşkil edilmiş "YarımADA”

komandası tutub. Onlar kiçik və orta sahibkarlıq biznesində maliyyə şəffaflığını təmin edən,

mal-materialların inventarlaşdırılmasını və digər əməliyyatları asanlaşdıran layihə prototipi ilə

qalib olublar. 2-ci yerə Türkiyədən gəlmiş "AppArtisans” komandası çıxıb. Onların irəli

sürdükləri "IBA mPos” layihəsi sahibkarlara öz mobil telefonlarını xüsusi tətbiqin köməyi ilə

POS terminala çevirmək imkanı yaradır.

3-cü yeri isə azərbaycanlı tələbələrdən təşkil olunmuş "Delta Squad” komandası pul

köçürmələri sisteminin təkmilləşdirilməsinə kömək göstərən "Azmo” innovativ layihəsi ilə

qazanıb. Şərtlərə uyğun olaraq 1-ci yerin qalibinə 10000, 2-ci yerin qalibinə 5000, 3-cü yerin

qalibinə 3000 manat məbləğində mükafat verilib.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, Bankın Baş

Transformasiya inzibatçısı Taleh Tahirli bildirib ki, 1-ci IBA Regional Hakatonu Bankın son

aylar innovasiyalar sahəsində həyata keçirdiyi layihələrin davamıdır: "Bu, ölkəmizdə FinTech

sferasında keçirilmiş ilk ən böyük belə tədbir idi. Hakatonun təşkilində iki məqsədimiz

vardı: ölkəmizdə kiçik və orta sahibkarlıq fəaliyyətinə faydalı ola biləcək innovativ həllər

tapmaq və bu həlləri irəli sürən talantları üzə çıxararaq onlara dəstək olmaq. Düşünürük

ki, 1-ci IBA Regional Hakatonu öz məqsədlərinə nail oldu. Azərbaycan Beynəlxalq Bankı

FinTech sferasında növbəti önəmli addımını ataraq bu sferada mövqelərini daha da

gücləndirdi. Qalib olmayan komandaların da öz layihələri ilə innovasiya ekosisteminə

cəlb edilməsi üçün planlarımız var”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə

məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli

Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR