Logo

Alış-veriş edərkən diqqətli olun! - VİDEO

Alış-veriş edərkən diqqətli olun! - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son vaxtlar ölkədə saxta manat əskinaslarından istifadə cəhdləri artıb. Elə ancaq ötən həftəyə nəzər salsaq, bir neçə nəfərin saxta əskinas satışı ilə məşğul olduqlarına görə saxlanıldıqlarını görərik. Bundan əlavə sosial şəbəkələrdə də bir necə fakt yayılıb. İndi əsas məsələ odur ki, bəs biz saxtaları orijinal əskinaslardan necə ayıra bilərik?

Son zamanlar saxta əskinaslardan istifadə hallarının artmasına görə, ekspertlər vətəndaşlara xəbərdarlıq edir. Bank mütəxəssisi Emil Muradovun sözlərinə görə, son günlərdə Azərbaycanda saxta, xüsusi ilə də 50 manatlıq əskinaslarından istifadə cəhdləri artıb.

Emil Muradovun sözlərinə görə, saxta əskinaslara daha çox bölgələrdə rast gəlinir. Bəs vətəndaşlar bundan qorunmaq üçün nələrə diqqət yetirməlidir. Mütəxəssis deyir ki, hazırlanan saxta 50 manatlıq əskinas, orijinalının uzunluğundan qısadır.

Bununla yanaşı saxta əskinazların satışı ilə məşğul olanlari   5-7 ilədək azadlıqdan məhrum etmə ilə cəzasi gözləyir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR