Logo

Polis əməkdaşının dəhşətli qətli ilə bağlı - RƏSMİ AÇIQLAMA

Polis əməkdaşının dəhşətli qətli ilə bağlı - RƏSMİ AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Daxili İşlər Nazirliyi (DİN) polis əməkdaşının qətli ilə bağlı məlumat yayıb.

DİN-dən Sfera.az-a  verilən məlumata görə, fevralın 24-də Bakı şəhər sakini Anar Ramazanovun qətlə yetirilməsi barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə Anarın ailə-məişət münaqişəsi zəminində qardaşı tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edib.

Əməliyyat tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən qardaşı - Araz Ramazanov saxlanılıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Anar Ramazanov Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşı olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR