Logo

“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub

“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İnformasiya texnologiyaları sahəsində ixtisaslı kadrların yetişməsinə xüsusi önəm verən "Nar”, bu

sahədə təhsil alan gəncləri dəstəkləməyə davam edir. ADA Universiteti ilə əməkdaşlıq

çərçivəsində mobil operator İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsi tələbələrinin

təhsilini dəstəkləmək üçün ADA Universitetinin  Təqaüd Fonduna öz töhfəsini verib.

Fevralın 21-də baş tutan növbəti "Akademik Mükəmməllik Günü”ndə Lütfi Zadə adına təqaüd

sahiblərinin adı açıqlanıb. Qeyd edək ki, bu təqaüdə layiq görülən tələbələr bir semestrin təhsil

haqqından tamamilə azad olunurlar.

Bundan başqa, "Nar” və ADA Universiteti arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində nəzərdə

tutulmuş istiqamətlər sırasında startap layihələrini dəstəkləyən ADA İnnovasiya Mərkəzi ilə

tərəfdaşlıq, ADA-nın tələbə və məzunları üçün karyera və staj imkanlarının təklif edilməsi,

Universitetin ixtisasartırma proqramlarına "Nar” əməkdaşlarının cəlb edilməsi kimi tədbirlər də

mövcuddur.

"Nar”-ın elm və təhsilin inkişafına yönəlik sosial layihələri haqqında ətraflı məlumatı nar.az internet

səhifəsindən öyrənmək olar.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir

müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən

birinə çevrilib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,9%-ni əhatə edir və 8700-dən artıq

baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir. 2017-ci ildə

keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən, "Nar” şəbəkəsi mobil zəng

xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR