Sumqayıtda zibil qabından yeni doğulmuş körpənin meyiti tapıldı
Kateqoriya məlum deyil
Sumqayıtda zibil qabından meyit tapılıb.
Sfera.az APA-ya istinadən məlumat verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb. Həmin ərazidəki zibil qablarından birindən yeni doğulmuş qız uşağının meyiti aşkar edilib. Körpənin meyiti ekspertizaya təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.






