Cazibədar fenomen lüt soyunub müqəddəs ağaca sarıldı - Bu FOTOlara görə ölkədən deportasiya ediləcək

Cazibədar fenomen lüt soyunub müqəddəs ağaca sarıldı - Bu FOTOlara görə ölkədən deportasiya ediləcək
"Instagram"da minlərlə izləyicisi olan Alina Fazleyev adlı rus qadının İndoneziyanın Bali adasında verdiyi pozalar yerli əhalinin böyük hiddətinə səbəb olub.
 
Sfera.az bildirir ki, gənc qadın yerli xalqın mənəvi gücünə və əhəmiyyətinə inandığı çoxəsrlik ağacın üzərində çılpaq foto çəkdirib. Həyat yoldaşı Andreyin lentə aldığı şəkillər qısa zaman ərzində sosial şəbəkədə yayılıb. Öz paylaşımı ilə öyünən Alina poza verərkən "əcdadlarının səsini eşitdiyini" iddia etsə də, sözügedən foto balililəri narahat edib. Bəziləri onu "zibil turist” adlandırıb, bir çoxu sosial mediada ona tənqidlər ünvanlayıb, bəziləri isə polisə zəng edib. Hadisə səs-küy yaratdığına görə Alina əməkdaşlıq etmək və üzr istəmək üçün polis bölməsinə gedib. Polis gənc qadına qarşı ittiham irəli sürməkdən imtina edib və işi immiqrasiya idarəsinə təhvil verib.

Bali immiqrasiya şöbəsinin rəhbəri Camaruli Manihuruk jurnalistlərə açıqlamasında, "Hər ikisinin ictimai asayişi təhlükə altına alan və yerli normalara hörmət etməyən fəaliyyətlərlə məşğul olduqları sübuta yetirilib. Onlar deportasiya ilə cəzalandırılacaqlar", - deyə söyləyib. Ər və arvadın İndoneziyaya girişinə ən az 6 ay qadağa qoyulacağını ifadə edən Manihuruk əlavə edib ki, yerli inanca görə cütlük ziyarətgahda təmizlik mərasimində iştirak etməlidir.

Fazleyeva isə "Instagram"da ingilis və yerli dildə böyük səhv etdiyini etiraf edərək üzr istəyib və hesabını bağlayıb. Deportasiya təhlükəsi ilə üzləşən qadın mətbuat konfransında, "Bütün baliyalılardan və indoneziyalılardan üzr istəyirəm, peşmanam. Çox utandım, sizi heç bir şəkildə incitmək istəmədim, bu yer haqqında qətiyyən məlumatım yox idi”, - deyə bildirib. 

Məsələ ilə bağlı araşdırma davam edərkən, Bali qubernatoru Vayan Koster administrasiyanın hörmətsiz turistlərə daha dözməyəcəyini vurğulayıb.
Qeyd edək ki, keçən il adaya gedən turistlərdən 200-ə yaxını pandemiya qaydalarını pozduqları üçün deportasiya edilib. Onu da xatırladaq ki, hindu mədəniyyətində dağların və ağacların müqəddəs olduğuna inanılır, çünki onlar "tanrının evi" hesab olunurlar. Tabanan nahiyəsində Babakan məbədinin içindəki çoxəsrlik ağacın da müqəddəs olduğuna inanılır.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR