Dünya

Cavad Rəhimzadə dodaqlarını tikdi

Cavad Rəhimzadə dodaqlarını tikdi

Güney Azərbaycanın Mərənd şəhərinin zindanında həbsdə yatan azərbaycanlı milli mədəni fəal Cavad Rəhimzadə dodaqlarını tikərək aclıq aksiyasına başlayıb.

Sfera.az axar.az-a istinadən xəbər verir ki, o, məhbusların həbsxana rəisi tərəfindən təzyiqlərə məruz qalması, məhbuslara və görüş zamanı onların ailəsinə edilən hörmətsizliyə etiraz olaraq belə bir addım atıb.

Məlumata görə, həbsxana rəisi bu vəzifəyə təyin olunduğu gündən məhbuslara qarşı qeyri-insani rəftar edir.


XƏBƏR LENTİ

«    Fevral 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
242526272829