Castin Timberleykin arvadına xəyanət etməsi belə görüntüləndi - FOTO

Castin Timberleykin arvadına xəyanət etməsi belə görüntüləndi - FOTO

Dünya şöhrətli pop ulduz Castin Timberleyk özü də bilmədən başını ciddi problemə salıb. 

Sfera.az xəbər verir ki, Castin Yeni Orleanda çəkildiyi filmin çəkilişlərindən sonra ekran işində onun sevgilisini canlandıran Alişa Vainraytla istirahət üçün barların birinə gedib. 

İkili barın eyvanına çıxaraq birlikdə içki içiblər. Daha sonra Alişa əlini Castinin dizinə qoyaraq, seksual hərəkətlər edib. Az keçməmiş musiqiçi aktrisanın əlindən tutub. Diqqət çəkən məqam isə Castinin barmağından çıxarıb kənara qoyduğu evlilik üzüyü olub.

 

Alişa ilə Castinin səmimi görüntüləri ətrafdakıların diqqətini cəlb edib. Lakin tərəflərin bəxti heç gətirməyib. Barın yanında olan jurnalistlər onları dərhal lentə alıb. 

Həmin görüntülər sosial mediaya yayılaraq qalmaqala səbəb olub. Castinin həyat yoldaşı Cesika Bielə xəyanət etməsini bu günə kimi heç kim sübüta yetirə bilmirdi. Nəhayət ki, jurnalistlərin səyi və diqqəti nəticəsində Timberleykin xəyanəti ortaya çıxıb. 

Nəzərə çatdıraq ki, Castinin filmdəki sevgilisi aktrisa Alişa Vainrayt subaydır. Onun dünya ulduzu ilə açıq-aşkar hamının gözü önündə flirt etməsi isə ikilinin eşq yaşadığı ilə bağlı şayiələri daha da gücləndirib. (oxu.az)

 


OXŞAR XƏBƏRLƏR