Böyük Britaniya sahilləri yaxınlığında rekord sayda miqrant saxlanılıb

Böyük Britaniya sahilləri yaxınlığında rekord sayda miqrant saxlanılıb
 

Böyük Britaniya sərhəd qüvvələri ötən gün İngilis kanalını (La Manş boğazını) 6 qayıqla keçib bu ölkənin sahillərinə çıxmağa çalışan 86 nəfərmiqrantı saxlayıb. Bu, rekord göstərici sayılır.

Sfera.az "The Telegraph”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən bildirildiyinə görə, İran, İraq, Türkiyə vətəndaşlarından ibarət iki qrup sahilə çıxaraq saxlanılıb. Bununla yanaşı, Əfqanıstan, Pakistan, Filippin, Vyetnam, Efiopiya vətəndaşları olduğu güman edilən şəxslər müxtəlif bölgələrdə sərhəd qüvvələri və Sahil Mühafizəsi tərəfindən yaxalanaraq sahilə çıxarılıb.

Bu il ölkəyə qanunsuz yolla 1256 əcnəbi vətəndaşın dəniz vasitəsilə gəldiyi bildirilir. O cümlədən yay ayları ərzində 542 miqrant gəlib. Halbuki ötən il ərzində İngilis kanalı üzərindən ölkəyə daxil olmağa çalışan əcnəbilərin ümumi sayı 297 olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter d

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...