Bütün Fransa azərbaycanlı Qadir Babayevin müdafiəsinə qalxdı

Bütün Fransa azərbaycanlı Qadir Babayevin müdafiəsinə qalxdı
 

Fransanın Ruan şəhərində bütün Fransa ictimaiyyətinin, media və hətta yerli millət vəkillərinin müdaxiləsi yerli universitetdə təhsil alan 21 yaşlı Qadir Babayevin deportasiyasına mane olub.

Bu barədə Le Parisien nəşri yazıb.

Qəzetin yazdığına görə, Qadir Babayev Azərbaycandan Fransaya 15 il əvvəl - 6 yaşında olarkən gəlib. Fransız hakimiyyəti 2004-cü ildən onun yaşamaq üçün sənədinin müddətini daim uzadıb. Gənc azərbaycanlının problemləri bu ilin 31 yanvarında başlanıb. Ruan prefekturası ondan pasportunun surətini tələb edib. Amma həmin vaxt Qadirə aid anasında olan pasport artıq etibarsız olub.

"Baxmayaraq ki, Qadirin əlində başqa-doğum haqqında şəhadətnamə kimi sənədlər var idi, prefektura ondan pasportunu təqdim etməyi tələb etdi, hansı ki, bu gənc insan onu yalnız Azərbaycana qayıdıb orduda xidmət etməklə ala bilərdi. Azərbaycan dilində danışmayan və vətənini qeyri-müəyyən şəkildə xatırlayan bir gənc üçün isə bu ağlasığmaz idi", - deyə nəşr yazıb.

Nəşr vurğulayıb ki, bir neçə dəfə prefekturaya baş çəkməsi və hətta inzibati məhkəməyə müraciət etməsi belə onun problemlərinin həllinə kömək etməyib. Universitetdə təhsil almaq hüququnu, təqaüdünü və sosial müavinətini itirə biləcəyini başa düşən Qadir, sosial şəbəkələrdə kömək istəyib.

"Ruanda sosial şəbəkələr hamını-jurnalistləri, siyasətçiləri və sadə vətəndaşları səfərbər etməyi bacardı. Ruanın iki deputatı dərhal gənc azərbaycanlı ilə əlaqə saxladı. Onlar onun problemini öyrəndilər və səylərini dəstəklədilər”,- deyə nəşr yazıb.

Siyasətçilərin və ictimaiyyətin səyləri nəticə verib – Qadir Babayevi prefekturaya çağırıblar və deyiblər ki, ona artıq pasport təqdim etmək lazım deyil, çünki şəxsiyyətini təsdiq etmək üçün doğum haqqında şəhadətnaməsi kifayət edər.

Prefekturiyada Q.Babayevə 4 illik yaşamaq icazəsi almağa imkan verəcək sertifikat da təqdim olunub.

Həmçinin Qadirə, sənədlərlə problemlərə görə məhrum edildiyi 555 avro məbləğində sosial yardım yenidən ödəniləcək.

Fransa Milli Məclisinin Ruandan olan deputatı Demien Adəm deyir ki, Qadir Babayevin nümunəsi göstərir ki, "Fransada inzibati marşrutlar üzrə keçmək nə qədər çətindir”.

Nəşr yazır ki, hazırda Qadir Babayev Fransa vətəndaşlığı almaq üçün lazım olan sənədləri toplayır.//Virtualaz.org

 




OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...