Buraxılış imtahanında iştirak edən ŞAGİRDLƏRİN NƏZƏRİNƏ

Buraxılış imtahanında iştirak edən ŞAGİRDLƏRİN NƏZƏRİNƏ
Məlum olduğu kimi, aprelin 22-də Ağdaş, Beyləqan, Cəlilabad, Goranboy, Qobustan, Salyan, Ucar, Xaçmaz, Zaqatala rayonlarında və Naftalan şəhərində, aprelin 23-də isə Bakı şəhərinin Nərimanov, Qaradağ, Xəzər, Yasamal rayonlarında, Abşeron, Ağsu, Balakən, Füzuli, Masallı, Neftçala, Quba, Zərdab rayonlarında və Mingəçevir şəhərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

Sfera.az xəbər verir ki, buraxılış imtahanında iştirak edəcək şagirdlər  //www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.

Ətraflı məlumatı DİM-in saytından əldə edə bilərsiz. 

OXŞAR XƏBƏRLƏR