“Bu, xəstəlikdir, pozğunluq deyil” – Röyadan sərt TƏNQİD

“Bu, xəstəlikdir, pozğunluq deyil” – Röyadan sərt TƏNQİD
"Evimizdə xəstə valideynlərimiz var, sizin əlinizdən atama baş çəkə bilmirəm. Elə gizlədirsiniz ki, elə bil bilsək, sizi insan alverinə dəvət edəcəklər”.
 
Sfera.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan söyləyib.

Müğənni bu sözlərlə koronavirusa yoluxmuş və xəstəliyini gizlədən dostlarını tənqid edib.

"Koronavirus tutan və fərqində olmayan, olsa belə gizlədən dostlarıma, tanışlarımadır sözüm. Nasazlıq hiss edəndə gizlətməyin, bu, xəstəlikdir, pozğunluq deyil”, - deyə ifaçı vurğulayıb. 

Jalə Mehdi
Sfera.az

OXŞAR XƏBƏRLƏR