“Bu valideynlər məktəbə buraxılmayacaq” - Təhsil Nazirliyindən AÇIQLAMA

“Bu valideynlər məktəbə buraxılmayacaq” - Təhsil Nazirliyindən AÇIQLAMA
Koronavirus penademiyası və karantin rejimi ilə əlaqədar vaksin olunmayan şəxslərin əksər qapalı məkanlara girişi qadağan edilib. Artıq məktəblərə də vaksin olunmayan valideynlərin buraxılmadığı bildirilir.

Maraqlıdır, valideynlər koronavirus əleyhinə peyvəndin tək dozası ilə tədris müəssisəsinə daxil ola bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a danışan Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məktəbə daxil olmaq istəyən valideynlərin hər iki dozadan istifadə etməli olduğunu bildirib:

"Tədris müəsssisələrinə daxil olmaq istəyən valideynlərdən vaksin pasportu tələb edilir. Bu səbəblə hər iki doza üzrə vaksin olunmaq mütləqdir".

Qeyd edək ki, bundan əvvəl Təhsil naziri Emin Əmrullayev məktəblilərin valideynlərindən vaksin pasportunun tələb edilmədiyini bildirmişdi.
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...