Bu sürücülər 500 manat cərimələndi

Bu sürücülər 500 manat cərimələndi
 Bakıda avtomobilin dövlət qeydiyyat nişanlarını gizlədən sürücülər cərimələnib.


Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə paytaxtın 28 May küçəsində bir neçə nəqliyyat vasitəsinin Bakı Nəqliyyat Agentliyinin (BNA) kameralarından yayınmaq üçün dövlət qeydiyyat nişanlarını gizlətməsini əks etdirən görüntülər yayılıb. 


BNA-nın mətbuat katibi Mais Ağayev APA-ya bildirib ki, dayanma-durma qaydalarını pozaraq cərimədən yayınmaq məqsədi ilə avtomobilin dövlət qeydiyyat nişanının gizlədilməsi qanunaziddir: "Dəfələrlə sürücülər tərəfindən buna cəhdlər olub və dərhal müvafiq tədbirlər görülüb. Əsasən qanunsuz parklanmaya nəzarət kameraların olduğu ərazilərdə bu cür hallara rast gəlinir. Bu cür qanunaziddi əməllər aşkarlandıqda dərhal Dövlət Yol Polisinə məlumat verilir və həmin avtomobilin sürücüsü müəyyən edilərək barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun tədbir görülür. Sürücülər bilməlidirlər ki, onların bu hərəkətinə görə cərimə sanksiyası daha ağırdır. Bir daha sürücülərimizi yol hərəkəti qaydalarına o cümələdən də dayanma-durma və parklanma qaydalarına əməl etməyə çağırırıq”. 


Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə deyib ki, BNA-nın müraciəti əsasında 28 May küçəsində dövlət qeydiyat nişanını gizlədən 10-a yaxın sürücü cərimələnib. 


V.Əsədov, həmçinin qeyd edib ki, dövlət qeydiyyat nişanının gizlədilməsinə görə cərimə məbləği 500 manatdır.
(qaynarinfo.az)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...