Bu şəxslərin cərimələri ləğv edilə BİLƏR

Bu şəxslərin cərimələri ləğv edilə BİLƏR
 Bizim sistemlə Daxili İşlər Nazirliyinin sistemi inteqrasiya olunub”.

Sfera.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Ü. Mehdiyevin sözlərinə görə, sistemdə şəxsin icazəsi varsa, bu o deməkdir ki, onun karantin müddətində icazəsi var: "Belə şəxsə inzibati cərimə yazılıbsa, o, ləğv oluna bilər. Şəxs evdən çıxan zaman elektron hökumət portalında icazəsinin olub-olmadığını yoxlaya bilər”.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev nəzərə çatdırıb ki, "icaze.e-gov.az" portalında şəxsin adı yoxdursa, cərimə tərtib olunmalıdır: "Elə hallar da olub ki, şəxsin adı 1-2 saat sonra portala daxil edilib. Təşkilatın rəhbəri adları gec daxil etdiyi üçün polisin yazdığı cərimə qanunidir və ləğv oluna bilməz. İddia edən şəxslər varsa ki, adları hansısa texniki səbəbdən portala düşməyib, biz o cərimələri ləğv edə bilərik”.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...