Bu şəxslərə iki həftə evdən çıxmaq qadağan edilsin - YENİ TƏKLİF

Bu şəxslərə iki həftə evdən çıxmaq qadağan edilsin - YENİ TƏKLİF
Ölkəmizdə koronavirusa yoluxma sayı 4 mindən çoxdur. Hər birimiz bu virusun təhdidi altındayıq. Mütəxəssislər faciəvi sonluqdan qaçmaq üçün mübarizə tədbirlərinin daha da sərtləşdirilməsini məsləhət görürlər.

Sfera.az  xəbər verir ki, pandemiya ilə əlaqədar preventiv tədbirlər görülsə də, vətəndaşların qaydalara əməl etməsində müəyyən çatışmazlıqlar hələ də qalır.

Nəticədə virusun sirkulyasiyası yüksək olmaqda davam edir. Pulmonoloq Elzamin Sadıqov AZTV-yə deyib ki, hər hansı respirator xəstəliyin simptomu olan şəxs evi tərk etməməlidir: "Fərqi yoxdur ki, bu, COVID-19-dur, yoxsa yox. Gigiyena qaydalarına əməl edilməlidir. Xəstə ola-ola kollektivlərə getmək düzgün deyil”.

COVID-19-un bizə hələ də qalib gəlməsinin digər səbəbi isə özümüzü izolyasiya etməməyimizdir. Belə ki, evdə ailə üzvlərindən biri virusa yoluxubsa, deməli digər ailə üzvləri də izloyasiya edilməli və ətraf aləmlə təması sıfıra endirməlidir.

E.Sadıqovun sözlərinə görə, heç bir simptomu olmayan COVID-19 xəstəsi 50-60 faiz hallarda virusu yaya bilir.

Bəs çıxış yolu nədir? Mütəxəssislər əks-epidemik tədbirlərin gücləndirilməsini təklif edirlər.

Milli Məclisin deputatı Musa Quliyevin sözlərinə görə, karantin qaydaları sərtləşdirilməlidir: "İş yerlərində sürüşkən qrafikə keçilmə, yaxud məhdud sayda işçinin işə çıxması, onlayn iş rejiminə keçilməsi lazımdır.

18 yaşa kimi və 65 yaşdan yuxarı şəxslərin 2 həftə çölə çıxmasına qadağa qoyulmalıdır, cümə, şənbə və bazar günləri xüsusi qaydalar tətbiq olunsun. Bütün sahələrdə iş dayandırılsın”.

Yoluxma statistikası hər gün dəyişir. Mənfi tendensiya davam edir. Canımızı, bizə canımız qədər dəyərli olanları qoruyaq. Virusa elə özü kimi - düşmən kimi davranaq.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...