\"Bu şəxslər ətrafdakıları daha çox yoluxdurur\"- DİQQƏT!

\
Məlum olduğu kimi bəzi insanlar koronavirusun əlamətlərini hiss etməyərək, xəstəliyi ayaqüstü keçirirlər. Bu həmin insanlar üçün müsbət hal olsa da, ətrafdakılar üçün problemli məsələdir. 
 
Çünki belə koronavirus xəstəsi toplum arasında çox olur və ətrafdakıları yoluxdurma riski yaranır.

Maraqlıdır, xəstəliyin subklinik formada olması üçün bədəndə nə qədər antitel olmalıdır?

Məsələ ətrafında Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin İnfeksion xəstəliklər kafedrasının dosenti İlham Bayramov koronavirusu subklinik keçirən şəxslərin daha yüksək yoluxduruculuğa malik olduğunu bildirib:

"Dəfələrlə müşahidə edirik ki, adi müayinələr zamanı gənclərdə koronavirus aşkarlanır. Bu şəxslər xəstəliyi subklinik keçirir. Lakin xəstəliyi ayaqüstü keçirən və ciddi əlamətlər olmayan insanlar da yoluxdurucu hesab olunur. Hətta onlar ətrafdakı insanları daha çox yoluxdura bilər. Subklinik formalarda bədən tempraturu 37-37.3 dərəcə olur və yaxud dadbilmə, iybilmə yüngül dərəcədə itə bilir. Xəstəliyin yüngül keçməsi üçün bədəndə 5-dən çox antitelin olması kifayətdir. Bəzən bu rəqəm 3-ə də düşə bilər".

Əzizə Zeynal
Sfera.az 

 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...