Bu saqqızı çeynəyənlər koronavirusa yoluxdurmayacaq – Alimlərdən yeni icad

Bu saqqızı çeynəyənlər koronavirusa yoluxdurmayacaq – Alimlərdən yeni icad
Elm adamları bütün dünyanı ağuşuna almış pandemiya ilə mübarizədə yeni üsullar hazırlamağa və ya köhnə üsulların effektivliyini ölçməyə davam edir.
 
Sfera.az xəbər verir ki, Pensilvaniya Universitetinin tədqiqatçıları tərəfindən tüpürcəkdə virusu azaldan eksperimental saqqız hazırlanıb. Saqqızın tərkibindəki zülal virusları tüpürcəkdə saxlayır və yoluxmuş insanların danışarkən, nəfəs alarkən və ya öskürərkən xəstəliyin başqa insanlara ötürülməsi riskini azaldır.

"Molecular Therapy” elmi jurnalında dərc olunan məqaləyə görə, saqqızın tərkibində hüceyrə səthində olan "ACE2” zülallarının bir nüsxəsi var. COVID-19 virusu normal olaraq bu zülaldan hüceyrəyə daxil olmaq üçün qapı kimi istifadə edir. Xəstə insanlardan götürülmüş tüpürcək nümunələri ilə aparılan təcrübələrdə virusların diş ətindəki "ACE2” zülallarına yapışdığı müşahidə edilib. Nəticədə nümunələrdə virus nisbəti 95 faizdən çox azalıb.
 
Adi saqqızdan teksturası və dadı ilə fərqlənməyən eksperimental saqqızı normal temperaturda illərlə saxlamaq olar. Saqqız çeynəməyin tüpürcəkdəki virus sayını azaldacağını iddia edən elm adamları bunun peyvəndin yanında dəstəkləyici bir üsul ola biləcəyini və xüsusilə peyvənd əldə edə bilməyən ölkələrdə yoluxmanın azaldılmasında daha faydalı ola biləcəyini qeyd ediblər.

Əzizə Zeynal
 
 

OXŞAR XƏBƏRLƏR