“Bu, polisə qarşı təxribatdır” - Bakı polisindən məscid AÇIQLAMASI

“Bu, polisə qarşı təxribatdır” - Bakı polisindən məscid AÇIQLAMASI
 

"Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakının Şağan qəsəbəsində fəaliyyət göstərən "Qərib Pir” məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan plakatların sökülməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir”. 

Bunu Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Sfera.az-a  açıqlamasında bildirib. O deyib ki, iddialar polisə qarşı təxribatdır, orada plakatların polis tərəfindən sökülməsi ilə bağlı hər hansı göstəriş olması barədə söylənilənlər həqiqətə uyğun deyil:

"Bu qərəzli məlumatı yayanlar nəzərə alsınlar ki, polis bu xalqın övladlarıdır, vətən uğrunda canı fəda edən şəhidlərimizin xatirəsi bizim üçün də əzizdir, müqəddəsdir”. 

Qeyd edək ki, mediada Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının Şağan qəsəbəsində fəaliyyət göstərən "Qərib Pir” məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan və divara vurulan plakatları sökməyi əmr etməsi iddia olunur. Bu iddia ilə Kərbəla faciəsi ilə bağlı əzadarlığa toplaşan dindarlar çıxış edib. Onların dediyinə görə, Xəzər Rayon Polis İdarəsi bu addımı "yuxarıdan gələn göstəriş”lə əsaslandırıb. 




OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...