Bu ölkədə korona ilə bağlı fövqəladə rejim ləğv edilir

Bu ölkədə korona ilə bağlı fövqəladə rejim ləğv edilir
Yaponiya hakimiyyəti koronavirus səbəbindən tətbiq edilən fövqəladə rejimi ləğv edə bilər.

Sfera.az xəbər verir ki, bunu Baş nazir Yoşihide Suqa deyib.

Fövqəladə rejim ən çox əhalisi olan Tokio və Osaka da daxil olmaqla, ölkənin 19 prefekturasında qüvvədədir.

Baş nazir koronavirusa yoluxmanın azaldığını qeyd edib: "Fövqəladə vəziyyətin ləğvi ilə bağlı qərar bir neçə gün ərzində verilə bilər".

OXŞAR XƏBƏRLƏR