Bu ölkədə də COVID pasportsuz kafe-restorana getmək olmayacaq

Bu ölkədə də COVID pasportsuz kafe-restorana getmək olmayacaq
İranda müvəqqəti yaşayış hüququ olan 400 min xarici vətəndaşa peyvənd vurulub. Hazırda Əfqanıstandan qaçqın düşənlərin peyvəndlənməsi üçün hazırlıq işləri aparılır.

Sfera.az xəbər verir ki, bu barədə məlumatı İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Kərim Himməti verib.

O bildirib ki, qaçqınların sayı müəyyənləşdirilir, onlar üçün lazımi sayda peyvənd ayrılacaq. Qaçqınların yerləşdiyi düşərgədə tibb məntəqələri yaradılır. Bu işlər başa çatdıqdan sonra qaçqınlara peyvənd vurulacaq.

İlam vilayətində səfərdə olan Prezident İbrahim Rəisi isə bəyan edib ki, artıq əhalinin 70 faizi peyvənd olunub.

İranın koronavirusla mübarizə qərargahının rəhbəri Əlirza Rəisi keçirdiyi mətbuat konfransında bildirib ki, üç həftədən sonra ticarət mərkəzlərinə, restoran və kafelərə, eləcə də kinoteatr və digər xidmət obyektlərinə COVID pasportu olmayanlar buraxılmayacaq.

İranın Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, son 24 saat ərzində ölkədə koronavirusa 10 min 843 yoluxma, 280 ölüm faktı qeydə alınıb. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 5 milyon 519 min 728 nəfərə, həyatını itirənlərin ümumi sayı isə 119 min 72-yə çatıb.

 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...