Bu ölkədə bütün koronavirus xəstələri sağaldı

Bu ölkədə bütün koronavirus xəstələri sağaldı
 Atlantik okeanın şimalında yerləşən, Danimarkaya bağlı olan muxtar respublika Qrellandiyada koronavirus infeksiyasına yoluxan bütün xəstələr sağalıb.

Sfera.az xəbər verir ki, 80 min əhalisi olan ölkədə 770 nəfər koronavirus testindən keçirilib. Onlardan 11 nəfərin nəticəsi müsbət çıxıb. 11 xəstənin hamısı sağalıb. Son 4 gündə yeni xəstə aşkarlanmayıb.
 
Buna baxmayaraq, ölkə rəhbərliyi hələlik "koronavirus üzərində qələbə" elan etməyin tez olduğunu bildirir. Səhiyyə Nazirliyinin rəsmisi Henrik Hansen yerli "Sermitsiaq AG" qəzetinə açıqlamasında "Hazırda vəziyyət normaldır. Amma virusun ölkədə yayılmasının nə vaxt dayanacağını indidən deyə bilmərik. Xəstəliyin simtomlarının müşahidə olunması 14 günə qədər uzana bilir. Buna görə qadağaların ləğv olunması üçün yeni yoluxmanın olmadığından əmin olmalıyıq" deyib. 

Qeyd edək ki, Qrellandiyada bir neçə həftədir 10-dan artıq insanın bir ayaya gəlməsi qadağandır. Bundan başqa Danimarka vətəndaşı olmayan insanların adaya girişi dayandırılıb, əksər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. (qaynarinfo)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...