“Bu ölkə Türkiyə ilə müharibəyə hazırlaşır” – Türkiyəli hərbi ekspertlə MÜSAHİBƏ

“Bu ölkə Türkiyə ilə müharibəyə hazırlaşır” – Türkiyəli hərbi ekspertlə MÜSAHİBƏ
Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar Sfera.az-a müsahibəsi.

- Son zamanlar Yunanıstanın ciddi şəkildə silahlanmağa başladığı müşahidə edilir. Xüsusilə ABŞ-la Yunanıstan arasında müdafiə əməkdaşlığı üzrə yeni protokolların imzalanması, bundan başqa Fransa ilə strateji ortaqlıqla bağlı müqavilə bu iddianı təsdiqləyir. Sizcə rəsmi Afinanın bu tezlikdə silahlanmasının səbəbi nədir?

- Yunanıstanın qısa zamanda böyük ölçüdə silahlanması öz iradəsi ilə baş verən bir hadisə deyil. Çünki rəsmi Afinanın belə bir silahlanmaya getmək üçün büdcəsi yoxdur. Bu ölkənin hazırda təxminən 600 milyard avro xarici borcu var. Hesablamalara görə, Yunanıstan bu borcunu 2060-cı ildən tez ödəyə bilməyəcək. Yəni borc bataqlığında üzən bir ölkənin birdən-birə bu həcmdə silahlanmaya getməsi aydın məsələdir ki, öz iradəsi ilə deyil. 
 
- Abdullah bəy, rəsmi Afinanın bu davranışını həm də kiçik həcmli regional bir soyuq müharibə adlandıra bilərik?

- Prinsip etibarilə, Yunanıstanla Türkiyə arasında soyuq müharibə var. Bu ölkənin Egey dənizi, Trakya, İstanbul, İzmir, Qərbi Anadolu ilə bağlı iddiaları heç bir zaman bitmir. Yəni rəsmi Afina bu gün fürsət tapsa Birinci Dünya muharibəsində olduğu kimi, Türkiyəyə arxadan zərbə endirə bilər. Ancaq onu da qeyd edim ki, Yunanıstan heç bir zaman təkbaşına Türkiyə ilə qarşılaşa bilməz. Buna gücü də, qüdrəti də yetməz. Şərtlər Birinci Dünya müharibəsində olduğu kimi formalaşsa, Yunanıstan da bu fürsətdən istifadə edə bilər.
 
- Qeyd etdiniz ki, Yunanıstanın 600 milyard avro xarici borcu var. Elə isə rəsmi Afinaya silahlanma üçün hansı ölkə maliyyə dəstəyi ayırır?

- Yunanıstanın silahlanması üçün maliyyə yardımını kimin etdiyi bəllidir. Bilidyiniz kimi, 4 oktyabrda Vaşinqtonda ABŞ-la Yunanıstan arasında müdafiə əməkdaşlığı üzrə yeni protokollar imzalanacaq. Bundan əlavə, borc və ya icarə yolu ilə də Vaşinqton Afinanı silahla təmin edir. Nəticə etibarilə ABŞ Yunanıstanı borclandıraraq özündən asılı vəziyyətə gətirir. Pirinsip etibarilə bu silahlar sinfinin son model ən yeni silahları da deyil. Əksəriyyəti köhnə, ABŞ ordusu üçün yararsız hesab edilən silahlardır.
 
- Abdullah bəy, qeyd etdiniz ki, Yunansıtanı silahlandıran ölkə ABŞ-dır. Ancaq həm Yunanıstan, həm də Türkiyə ABŞ-da təmsil olunduğu NATO ölkəsidir...

- Bəli, həm Türkiyə, həm də Yunanıstan NATO ölkəsidir. Lakin məsələ ondadır ki, ABŞ bu situasiyada tərəfsiz deyil. Əksinə ABŞ-ın tərəfi bəllidir. Mahiyət etibarilə Vaşinqtonun Afinanı silahlandırması bu ölkənin geosiyasi maraqlarından irəli gəlir. Digər tərəfdən, Yunanıstan Qərbin və Rusiyanın dəstəyini ala bilən nadir ölkədir. Bu ölkə iki siyasi gücün ortaq maraqlarından istifadə edə bilir. Bu ortaq maraq isə Türkiyənin zəiflədilməsidir.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...