Bu məhsulları birlikdə yeməyin - Bədəni məhv edir

Bu məhsulları birlikdə yeməyin - Bədəni məhv edir
 Meyvə-tərəvəz, süd məhsulları, qırmızı ət və s.

Sfera.az bildirir ki, bunların immun sistemimiz üçün faydasını bilməyən yoxdur. Adıçəkilən məhsullardan bəzilərini biryerdə qəbul etmək isə bəzilərinə xüsusi bir zövq verir. Məsələn, xiyar-pomidor, süd və banan, ətlə kartof.

Lakin sən demə bu "kombinlər" sağlamlığımız üçün o qədər də faydalı deyil. Onlar immun sistemini zəiflədir, hətta insanı xəslətəndirir. Mütəxəssislər bu 6 birləşimi rasiondan çıxarmağı məsləhət görürlər.

1. Xiyar-Pomidor

Yay süfrəmizi bu iki məhsul olmadan təsəvvür edə bilmirik. Ancaq salatlarda istifadə edilən xiyar və pomidor birlikdə qəbul edilən zaman bədəndə şişkinliyə səbəb olur. Həmçinin hər iki tərəvəzdəki vitaminlərin sovrulması çətinləşir.

2. Qəhvə və pendirli sendviç

Çörəkdəki karbohidratlar kalsiumun doğru formada həzm edilməsinə, sinir və ürək-damar sistemimizə fayda göstərməsinin qarşısını alır. Qəhvə əlavə ediləndə isə sağlamlıq üçün ziyanı daha da artır. Ən azından qəhvəni çay ilə əvəz edin.

3. Kartof və ət

Dadlı qızartmaya kim qarşı çıxa bilər? Amma təssüf ki, bu çox ağır qidadır. Kartofdakı nişasta ətdəki protein ilə bir araya gələndə mədə turşuluğu arta, gəyirmə, qaz kimi problemlərə səbəb ola bilər. Ət yeməklərinin yanında brokoli, kələm, yaşıl lobiya kimi tərəvəzlərə üstünlük verin.

4. Ət və makaron

Nişasta və protein məntiqi bu cür yeməklərdə də işə düşür. Tüpürcək vəzləri nişasta karbonidratlarını sadə şəkərə çevirən maddələr ifraz edir. Bu şəkər isə proteinlə bir araya gəldikdə diabet, ürək-damar xəstəliklərinə yol aça biləcək təhlükəli kimyəvi maddəyə çevrilir. Bunun üçün makaronları da tərəvəzli əlavələrlə yeməyə çalışın.

5. Süd və ananas

Turş meyvələr xüsusi ilə südlə səhər qəbul edildikdə həzmi yavaşladır. Ananas süd ilə birləşəndə isə zəhərlənməyə səbəb olacaq bromelain adlı maddə yarada bilər. Ananas yerinə südü qaysı ilə içə bilərsiniz.

6. Süd və banan

Qida dəyəri yüksək olduğu üçün bu içkidən tez-tez istifadə edirlər. Ancaq bu ikili həzm sisteminin işini ləngidir. Bunun üçün də bananı qida qəbullarının arasında yemək məsləhətdir.
 
(medicina.az)

OXŞAR XƏBƏRLƏR