Bu marşrut avtobuslarından istifadə edənlərə şad xəbər

Bu marşrut avtobuslarından istifadə edənlərə şad xəbər
 

Bakı Nəqliyyat Agentliyi (BNA) 11, 30, 40, 71, və 199 nömrəli müntəzəm marşrut xətlərini müsabiqəyə çıxarıb. 

Sfera.az  xəbər verir ki, bu barədə BNA-dan bildirilib.

Məlumata görə, daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır. Müsabiqənin şərtləri və qaydaları barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.


OXŞAR XƏBƏRLƏR