Bu kolleclərə publik hüquqi şəxs statusu verildi - SİYAHI

Bu kolleclərə publik hüquqi şəxs statusu verildi - SİYAHI
Azərbaycanda fəaliyyət göstərən bir sıra kollecə publik hüquqi şəxs statusu verilib.

Sfera.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov bəzi orta ixtisas təhsil müəssisələrinin yenidən təşkili haqqında qərar imzalayıb.

Qərara əsasən aşağıdakı təhsil müəssisələrinə publik hüquqi şəxs statusu verilib:

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci,
Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci,
Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci,
Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci,
Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci,
Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci,
Ağcabədi Pedaqoji Kolleci,
Ağdam Dövlət Sosial-İqtisadi Kolleci,
Ağdam Musiqi Kolleci,
Ağdaş Dövlət Humanitar Kolleci,
Astara Pedaqoji Kolleci,
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci,
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci,
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci,
Qazax Dövlət Sosial-İqtisadi Kolleci,
Quba Dövlət Sosial-İqtisadi Kolleci,
Masallı Dövlət Regional Kolleci,
Sabirabad Dövlət Sosial-İqtisadi Kolleci,
Şamaxı Dövlət Regional Kolleci,
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci,
Şuşa Humanitar Kolleci,
Tovuz Dövlət Sosial-İqtisadi Kolleci,
Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci.

OXŞAR XƏBƏRLƏR