“Bu il qeyri-neft ixracı 2,6 milyard dolları ötəcək” – Mikayıl Cabbarov

“Bu il qeyri-neft ixracı 2,6 milyard dolları ötəcək” – Mikayıl Cabbarov
2021-ci ildə Azərbaycanın qeyri-neft məhsullarının ixracı 2,6 milyard dolları ötəcək.

Sfera.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkələrdəki paylaşımında bildirib. 

Nazir qeyd edib ki, dayanıqlı inkişaf prioritetlərinə uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsi və şəffaflığın artırılması istiqamətində səylər davam etdirilir: 

"Yenilənən proqnozlara görə, bu il Azərbaycanda qeyri-neft məhsullarının ixracı rekord həddə çataraq 2,6 milyard dolları ötəcək”.

Qeyd edək ki, bu ilin yanvar-noyabr ayları ərzində qeyri-neft məhsullarının ixrac dəyəri 2,4 milyard dollara çatıb. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR